Page 126 - antologiya - poeziya_175x250_Layout 1
P. 126

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        İlk mәhәbbәt

                        Sevib-sevilәnlәr çox gözәl bilir,
                        Olmayıb vәfası ilk mәhәbbәtin.
                        İzlәyir aşiqi son mәnzilәdәk,
                        Şirin macәrası ilk mәhәbbәtin.

                        Mәnim dediklәrim şikayәt deyil,
                        Ürәklәr yandıran hekayәt deyil,
                        Hәqiqi aşiqә kifayәt deyil –
                        Tükәnmәz cәfası ilk mәhәbbәtin.

                        Sevgisiz gül-çiçәk bitmәz, ey könül,
             126        İnsan muradına yetmәz, ey könül.
                        Nәdәndir bilmirәm getmәz, ey könül,
                        Başımdan sevdası ilk mәhәbbәtin?!


                        Bu dәrdә neylәsin loğmanın әli?
                        Әlimә dәymәmiş cananın әli,
                        Döydü qapımızı hicranın әli,
                        Budurmu mәnası ilk mәhәbbәtin?


                        Mәn onu sevmişәm bir ilk baharda,
                        O mәni tәrk etdi boranda, qarda.
                        Hәr yara sağalıb, unudular da,
                        Sağalmaz yarası ilk mәhәbbәtin!



                        İçә bilmirәm


                        Araz sahilindәn yolum düşәndә,
                        Bir an hәyәcansız keçә bilmirәm.
                        Nәlәr olduğunu o biri tayda
                        Çox gözәl bilirәm, necә bilmirәm!?

                        Eşitsin sәsimi bacım, qardaşım,
                        Hicran yollarında ağardı başım,
                        Damır ürәyimә yenә göz yaşım,
                        Gündüzü gecәdәn seçә bilmirәm.
   121   122   123   124   125   126   127   128   129   130   131