Page 132 - antologiya - poeziya_175x250_Layout 1
P. 132

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Heydәrbaba, yolum sәnnәn kәc oldu,
                        Ömrüm keçdi, gәlәmmәdim gec oldu,
                        Heç bilmәdim gözәllәrin nec oldu,
                        Bilmәz idim döngәlәr var, dönüm var,
                        İtkinlik var, ayrılıq var, ölüm var.



                        ***


                        Getmә, tәrsa balası, mәn dә sәnә sayә gәlim,
                        Damәnindәn yapışım, mәn dә kәlisayә gәlim.


                        Ya sәn islamı qәbul eylә mәnim dinimә gәl,
             132        Ya da tәlim elә mәn mәzhәbi-İsayә gәlim.


                        Mәn cәhәnnәmdә dә baş yastığa qoysam sәnlә,
                        Heç ayılmam ki, durub cәnnәti-mәvayә gәlim.


                        Sәn yatıb cәnnәti röyadә görәndә gecәlәr
                        Mәn dә cәnnәtdә quş ollam ki, o röyayә gәlim.


                        Sәn dә sәhrayә marallar kimi bir çıx, nә olur,
                        Mәn dә bir seyrә çıxanlar kimi sәhrayә gәlim.

                        Allahından sәn әgәr qorxmayıb olsan tәrsa,
                        Qorxaram mәn dә dönüb dini-Mәsihayә gәlim.


                        Şeyx Sәnan kimi donquz otarıb illәrcә,
                        Sәni bir görmәk üçün mәbәde-tәrsayә gәlim.

                        Yox sәnәm! Anlamadım, anlamadım, haşa mәn,
                        Buraxım mәscidimi, sәnlә kәlisayә gәlim?!

                        Gәl çıxaq Ture-tәcәllayә, sәn ol celveye-Tur,
                        Mәn dә Musa kimi, o Turә tәcәllayә gәlim.


                        Şirdir Şәhriyarın şeri, әlindә şәmşir,
                        Kim deyir mәn belә bir şir ilә dәvayә gәlim?
   127   128   129   130   131   132   133   134   135   136   137