Page 134 - antologiya - poeziya_175x250_Layout 1
P. 134

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû










                                    Әsir Azәrbaycanım


                                   Nerdә mәni gül qoynunda doğuran,
                                   Xәmirimi göz yaşıyla yoğuran,
                                   Beşiyimdә “layla balam” çağıran,
                                   Azәrbaycan, mәnim baxtsız anam, oy,
                                   Neçә bir il hәsrәtinlә yanam, oy?..


                                   Salam desәm, rüzgar alıb götürsә,
             134                   Ağrı dağdan Alagözә ötürsә,
                                   Gur sәsimi göy Xәzәrә yetirsә,
                                   Xәzәr coşub zәncirini qırsa, oy!..
                                   Hökm etsә, bu sәrsәm gediş dursa, oy!..

                                   Xәbәr alsam Muğanımdan, Milimdәn,
                                   Nazlı Bakım, o neft qoxan gülümdәn,
                                   Kim demiş ki, düşmüş adı dilimdәn,
                                   Azәrbaycan, mәnim eşsiz yurdum, oy!..
                                   Ölmәz eşqim, içimdәki dәrdim, oy!

                                   Könlümә tәk Kәbә yapdım sәni mәn,
                                   Sәnsiz nedәm qürbәt eldә günü mәn,
                                   Sәnsiz nedәm Allahı mәn, dini mәn,
                                   Azәrbaycan, mәnim tacım, taxtım, oy!
                                   Oyanmazmı kor olası baxtım, oy?!.
   129   130   131   132   133   134   135   136   137   138   139