Page 127 - antologiya - poeziya_175x250_Layout 1
P. 127

Söleyman Röstÿm




               Özgәlәr su içir bulaqlarından,
               Fәryadlar yüksәlir ocaqlarından.
               Niyә qollarından, ayaqlarından
               Paslı zәncirlәri aça bilmirәm?!


               Mәnim o sahilsiz hәyatım yoxdur,
               Vüsalından böyük muradım yoxdur.
               Niyә quşlar kimi qanadım yoxdur,
               Niyә o sahilә uça bilmirәm?!


               Mәnә gәl-gәl deyir Tәbriz, Miyana,
               Sәn necә baxırsan Arazım buna?
               Ürәyim yananda sәnin suyuna                                          127
               Göz yaşı qatmasam, içә bilmirәm!




                Dilimә dәymә

               Mәn sәnin dilinә dәymirәm, cәllad,
               Gәl sәn dә bu ana dilimә dәymә!
               Sәnin dә bağın var, gülün var, çәkin,
               Bağımda әkdiyim gülümә dәymә!


               Hәsәdlәrlә baxdın çәmәnimә sәn,
               Gör bir nәlәr etdin vәtәnimә sәn.
               Yan – deyib, od vurdun bәdәnimә sәn,
               Altında atәş var, külümә dәymә!

               Mәn ağa ağ dedim, qaraya qara,
               Sәn mәni istәdin çәkәsәn dara.
               Yenicә sağalır vurduğun yara,
               Mәnim bu yaralı könlümә dәymә!
   122   123   124   125   126   127   128   129   130   131   132