Page 5 - "Xəzər"
P. 5
SVETLANA ALEKSİYEVİÇ Nobel kürsüsü. Svetlana Aleksiyeviç

5
2015

“POSTSOVET İNSANININ AĞRILARI” NOBEL ALDI

Son illər Nobel Komitəsi bizi təəccübləndirməklə məşğuldur. İlk dəfə eşitdiyimiz adın arxasına düşüb, or-
dan-burdan yazılarını tapırıq, yeni bir imza kəşf etmək arzusuyla əsərlərini oxumağa girişirik. Ancaq bu istək
heç də həmişə özünü doğrultmur.

2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviç, demə, tanınmış yazıçıymış. Sovetlər
Birliyinin, bir çox başqa dövlətlərin mükafatlarına layiq görülüb, kitabları müxtəlif dillərə çevrilib, milyonlarla
tirajla çap olunub, iyirmiyə yaxın sənədli filmin, üç teatr tamaşasının müəllifidir və öz ölkəsi Belarusda
hakimiyyətin arzuladığı adam deyil (axır vaxtlar bu fakt Nobel Komitəsi üçün həlledici rol oynayır).

Svetlana Aleksiyeviçi bir yazıçı kimi tanıdan, öz ölkəsində arzuolunmaz şəxsə çevirən üstündən sükutla
keçdiyimiz, görməzliyə vurduğumuz gerçəkləri işıq üzünə çıxarması, postsovet insanının faciəsini açıb göstərməsidir.
O, bədii-sənədli janrda yazdığı əsərləri yüzlərlə müsahibə üzərində qurur, rəsmi təbliğatın sırımağa çalışdığı
sovet insanı obrazını dağıdır, düşdüyü şəraitdə ağrı-acılarıyla üzbəüz qalan sadə insanı təsvir edir.

Yazıçı “Müharibənin sərt üzü” (1985), “Sonuncu şahidlər” (1985), “Tabut oğlanlar” (1989), “Çernobıl
duası” (1997), “Sekond hənd dövrü” (2013) əsərlərində öz dəstxəttinə sadiq qalıb. “Müharibənin sərt üzü”
kitabında II Dünya müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edən, öldürən, ölümdən qorxan, sevən sovet
qadınlarının, “Sonuncu şahidlər”də uşaqlığı müharibə dövrünə düşən uşaqların həyatı təsvir olunur. “Tabut
oğlanlar”da Әfqanıstan müharibəsinin “görünməyən tərəfindən”, “Çernobıl duası”nda atom elektrik stansiyasında
qəzanın aradan qaldırılmasından bəhs edilir.

Svetlana Aleksiyeviçin əsərlərində dərin psixoloji məqamlar, ya başqa sənətkarlıq məziyyətləri axtarmaq
əbəsdi, onun bir yazıçı kimi böyüklüyü cəsarətində, haqqında susduğumuz həqiqətləri, özgə ağrısını öz ağrısı
kimi yaşayıb, ürəyindən, qəlbindən keçirib oxuculara çatdıra bilməsindədi.

Saday Budaqlı
   1   2   3   4   5   6   7   8   9   10