Page 213 - 2017-4
P. 213
Bir dəfə Baron yenə dəhlizdə qalmış- 213
dı, mədəsi isə o qədər də yaxşı işləmirdi. 2017
Bayıra çıxmaq istədi, ancaq qapı bağlıy-
dı, tərs kimi girib-çıxan da yox idi. Dözmə- natali Kuliş. Baron
yə gücü qalmamışdı, odur ki, qonşu Lari-
sanın qapısına çatıb təbii ehtiyacını qadı-
nın yumşaq çəkələklərinin üstünə etdi.
Çoxdankı qisas hissi ona hələ də rahatlıq
vermirdi. Çəkələkləri gəmirib, caynaqla-
rıyla ayaqaltını didişdirəndə damağında
siqaret olan hamilə arvad otaqdan çıxdı,
təpiyi Baronun qarnına elə ilişdirdi ki, ya-
zıq dəhlizdəki batareyanın altına uçdu.
Döşəməyə sinmiş pişiyi arvad indi süpürgə
ilə vurur, o isə küncə qısılıb yazıq-yazıq
miyovuldayırdı. Bu vaxt çöl qapısı açıldı,
tualetdən çıxan sahibə özünü yetirdi. Ba-
ron sıçrayıb küçəyə çıxdı və var gücüylə
qaçmağa başladı. Ağrıdan, haqsızlıqdan,
qocalıqdan və rahat, xoşbəxt həyatdan
qaçırdı. Şəhərin naməlum genişliyi qor-
xusunu səngidirdi...
O gündən Baronu görən olmadı. Ok-
sanka anasından onu tez-tez soruşurdu,
anası isə deyirdi ki, heyvanlar öləcəkləri
günü hiss edirlər və yaxınlarını mütəəssir
etməmək üçün uzaqlara gedirlər, ruhları
üçün sığınacaq axtarıb-tapırlar.
Hərdən qız səmada pişiyə oxşayan
bir əlcə bulud görürdü və son vaxtlar çox
qaraqabaq görünən, tez-tez yataqxana-
nın kandarında fikirli-fikirli quruyub-qalan
Tısbağaya kədərlə baxırdı.
Həmin hadisədən sonra Oksankanın
anası ikinci uşağını doğmuş qonşu Lari-
sa ilə salam-kalamı kəsdi. Uşaq tez-tez
ağlayırdı, səsi isə xalis pişik miyovultusu-
na bənzəyirdi. Sanki qoca, evsiz pişiyin
sərgərdan ruhu körpəyə keçmişdi.