Page 117 - "Xəzər"
P. 117
*** 117
Yay – mürgülü, 2016
Ölüm – çəmənin üstə.
Sürün onun ardınca Comolunqmaya İqor Pavlyuk. Şeirlər
qədər
Parabüzən sürünəntək, sürün onun
ardınca.

O işıqdan dönmüşəm,
Məhkəmə-zad qurmayın.
Odur,
Ürək damarlarının ən ucuz dramları
Qırıldı. Hər yan sudur.

Qocalır göy üzü,
Şekspir Danimarkasının
göy üzü qocalır.
Ağac çətirlərinin qoltuğundadı külək.
Hələ ki yatmır Xaron,
Nə vaxtsa yolumuz ora düşəcək.

Su pərilərinin gözləri açıq.
Otlar. Tonqallar. Küllər.
Günəşə boylanıb uşaqlıq çağım,
Çiçəklənir şər güllər.

Taxtadan düzəlib, yoxsa kimindi?
Bu tarla, bu saman, döşəmə-taxta?
Onsuz da əbədi yola çıxmışam
Oturub qızıl taxtda.

Damar-damar yollar itər.
Hər yan vağzal iyi verər.
“Yaşadım”. Yoxsa gözümə göründü
sevgi?
Doğma qəbirlərin körpələr evi.
   112   113   114   115   116   117   118   119   120   121   122