Page 42 - "Xəzər"
P. 42
Sekston. ŞeirlәrULDUZLU GECƏ

Bu şәhәr mövcud deyil
olmayıb elә bil heç...
Alovlanan sәmadan
bir qarasaçlı ağacdı

sürüşüb yerә enir,
Sanki batmış bir qızcığaz
Suyun dibinә sinir...

Bu şәhәr mövcud deyil
olmayıb elә bil heç...
Ulduzlarla gizlәnpaç oynayır gecә...
On bircә ulduzla

alışır gecә...
Eh, ulduzlu, ulduzlu gecә
İşıqların göylәri bәzәr...
42 Bu, mәnim ölüm arzuma
Gör necә bәnzәr...

2015

Hәr şey hәrәkәtdә,
hәr şey diridi...
Bәdirlәnmiş Ay da
Budu, görsәnir...

özünü narıncı zәncirlәriylә
bizә göstәrir...
Bax, bu odur
Görünmәz ulduzları
bir-birinin ardınca
içinә alan
qosqoca ilan...
Eh, ulduzlu, ulduzlu gecә,
Sәnin işıqların göylәri bәzәr...
Bu, mәnim ölüm arzuma
gör bir, necә bәnzәr...
Bu dünyadan –
nәhәng әjdaha bәtninә
sümrülmüş, udulmuş
bu gecәnin içindәn...
bayraqsız,
hay-küysüz ayrılmaq,
qopmaq istәyirәm mәn...
Yox olanda var olub
rahatlıq tapmaq istәyirәm...
   37   38   39   40   41   42   43   44   45   46   47