Page 72 - "Xəzər"
P. 72
şəri poeziya. Geri Snayder GERİ SNAYDER
72
2016
Dilimizə çevirmək üçün ABŞ-ın ən yüksək ədəbiyyat ödülünə –
Pulitser mükafatına layiq görülmüş şairlərdən bir neçəsinin tərcümeyi-
halını və şeirlərini nəzərdən keçirəndə böyük göy üzünə, günəşə, ana
torpağa, suya, küləyə, yağışa boylanan bitkilərə, yarpaqlara, duzlu
dənizlərə, çöllərə şükür edib, amin deyən Snayder diqqətimi çəkdi. Mən
də ona qoşulub, hər şeyə şükür edib, “amin” dedim. “Tamah” adlı
cəlladın od püskürdüyü, müharibələr yaratdığı, mənəvi, insani dəyərləri
tapdaladığı, qocaya, cavana, körpəyə rəhm etmədən, milyonlarla məzlumu
qarlı-şaxtalı günlərdə başıaçıq, ayağıyalın öz doğma yurdundan,
yuvasından, isti ocağından didərgin saldığı indiki günlərdə – insan
fəryadının, harayının eşidilməz olduğu bir zəmanədə Uca Yaradanın
yaratdıqlarına, süfrəsindəki yavan çörəyə şükür edib, amin deyən şair
ruhumu kövrəltdi, sanki məni yer üzündən qoparıb Haqqın dərgahına,
Göy üzünə apardı…
Geri Snayder 8 may 1930-cu ildə Kaliforniya ştatının San-Fransisko
şəhərində anadan olub. Poeziya, nəsr, esse və oçerklərdən ibarət iyirmidən
çox kitabı işıq üzü görüb. 1986-2002-ci illərdə Kaliforniya Universitetində
dərs deyib, universitetin fəxri professoru olub. “Tısbağa adası” şeirlər
kitabına görə “Pulitser” mükafatına (1975) layiq görülüb.
Hal-hazırda, erkən gənclik illərində meşəbəyi işlədiyi sakit, füsunkar
Sierra-Nevada dağlarının ətəyində yaşayır.