Page 77 - "Xəzər"
P. 77
İİL XARMS

77
2016

Məşhur Rusiya yazıçısı Daniil Xarms (1905- Absurd. Daniil Xarms
1942) absurd ədəbiyyatın yaradıcılarından biridir.
Xarms hazırda ən çox oxunan, nəşr olunan, tədqiq
edilən rus yazıçılarındandır. Onun yaradıcılığının
bədii-tarixi kontekstini, fəlsəfi poetikasını araşdıran
ədəbiyyatşünaslar son dərəcə ziddiyyətli mövqelərdən
çıxış edirlər. Bu da təbiidir, çünki Xarms yaradı-
cılığını klassik təhlil metodları ilə şərh etmək
mümkün deyil. Buna baxmayaraq, bütün dünyada
onun böyük oxucu auditoriyası formalaşmış, ədəbi
irsi kino və teatr sahəsində nadir populyarlıq
qazanmışdır. Yazıçının əsərləri əsasında otuza
yaxın film çəkilmiş, teatr tamaşaları qoyulmuşdur.
Bundan başqa, Aleksey Ratmanskinin “Yıxılan
qarılar” baleti və Aleksandr Manotskovun “Qvidon”
operası da Xarmsın əsərlərinin motivləri əsasında
ərsəyə gəlmişdir.
   72   73   74   75   76   77   78   79   80   81   82