Page 135 - Əlifba
P. 135
GÜLLÜNÜN ÇAYI
Dolu yağırdı. Güllü pәncә -
rәnin qarşısında oturub doluya
tamaşa edirdi. Birdәn bir dolu
dәnәsi sıçrayıb pәncәrәdәn içәri
düşdü vә danışamağa başladı:
– Mәn bu qızı tanıyıram!
Mәn bu qızı tanıyıram!
Güllü heyrәt içindә:
– Sәn mәni haradan tanı -
yır san? – Deyә doludan
soruşdu.
Dolu dedi:
– Bir dәfә mәni bu evdә
samovara töküb qaynatdılar,
fincana süzüb süfrәyә – sәnin
qarşına qoydular. Bu vaxt ala
pişik kәtilin üstünә atılıb pәn -
cә sini süfrәyә uzatdı. Sәn ayağa
sıçradın, pişik qaçdı. Sәn dә pişiyin ardınca qaçdın. Qayıdanda artıq mәn yox
idim. Buxarlanıb havaya qalxmışdım, buludlara qoşulub göydә uçurdum.
Dünәn hava soyudu. Külәk buludu qovub, yenә sizin kәndin üstünә gәtirdi.
Mәn soyuğun şiddәtindәn donub buz oldum, havada qala bilmәyib, aşağı
enmәyә başladım vә xoşbәxtlikdәn sizin pәncәrәnin qabağına düşdüm.
Güllü dolunu fincana qoyub hәyәtә – uşaqların yanına qaçdı. Evә qayı -
dan da fincanda dolunun әvәzinә, bir neçә damcı su gördü. Az qaldı ağlasın.
Fincanı masanın üstünә qoyub, qardaşına xәbәr vermәyә getdi. Onlar qayı -
danda gördülәr ki, fincanda heç su da yoxdur.
Bu әhvalatdan xeyli keçmişdi. Bir gün Güllü yenә evdә oturub çay içirdi.
Samovar pıqqapıqla qaynayırdı. Birdәn samovardan qalxan bir topa buğ dilә
gәlib qışqırdı:
– Mәn bu qızı tanıyıram! Mәn bu qızı tanıyıram!
Güllü heyrәtlә:
– Sәn mәni haradan tanıyırsan? – Deyәndә, buğ ona belә cavab verdi:
– Mәn sәnin çayın idim. Sonra buxarlanıb göyә qalxdım, qış
gәlәndә dolu olub, pәncәrәnizin qabağına düşdüm. Sәn mәni
fincana qoyub hәyәtә – uşaqların yanına qaçdın. Evә qayıdanda
135