Page 132 - Əlifba
P. 132
QAR
Sәn qartopu oynayan
Qәşәng uşaqlara bax!
Coşur dodaqlarında:
– «Qara bax, qara
Gör necә yağır!»
Elә bil gülüşlәri
Şaxtaları әridir.
Sanki qızıl Günәşin
Qızıl şәfәqlәridir.
Tәbiәt qanadını
Açıbdır qu quşutәk,
Deyir ki, qış nağılı
Üç ay davam edәcәk!
1. Uşaqların gülüşü şeirdә necә tәsvir edilir?
2. Qış fәsli neçә ay davam edir?
3. Niyә qış fәsli nağıla bәnzәdilir?
4. Aşağıdakı cümlәlәri tamamla.
Payızdan sonra ... ... .
Әtraf ... ... bürünür.
Uşaqlar ... ... oynayır.
... ... ... bayramı qeyd edilir.
YADINDA SAXLA
Qar – soyuq havalarda buluddan ayrılıb aşağı enәn vә enә-enә donub
qar dәnәciklәrinә çevrilәn buz zәrrәciklәridir. Hәr qar zәrrәciyinin öz
quruluşu vә naxışı var. Bu naxışların heç biri o birinә bәnzәmir. Qar,
havanın temperaturu buludda 0 dәrәcәyә enәndә yaranır, şaxta 4 dә rәcәyә
çatanda yağmağa başlayır.
132