Page 131 - Əlifba
P. 131
SINIQ SƏHƏNG
Qış sәhәri idi. Uşaqlar
mәktәbә hazırlaşırdılar. Ana
çaydana su doldurmaq istәdi,
amma sәhәngi tapmadı. Qızı
Zәrif dәn soruşdu:
– Qızım, bәs sәhәng ha ra -
dadır?
Zәrif:
– Axşam doldurmuşam, ey -
van dadır. Bu dәqiqә gәtirәrәm,
– deyib eyvana çıxdı.
Az sonra eyvandan Zәrifin
sәsi eşidildi. O, anasını çağı -
rırdı.
Anası eyvana çıxdı. Zәrif
әlindә sәhәngin qulpu, donub-
qalmışdı. O doluxsunaraq:
– Mәn heç nә elәmәdim.
Sәhәngi әlimә almaq istәdim,
o isә iki yerә bölündü, qulpu
әlimdә qaldı.
Sınmış sәhәngin içindә onun şәffaf quruluşunu almış buz görünürdü. Bu
mәnzәrәni pәncәrәdәn seyr edәn Anar dәrhal bacısının kömәyinә gәldi:
– Ana, Zәrifin günahı yoxdu! Mәn sәhәngin sınmağının sәbәbini bilirәm.
Müәllim bunu bizә kimya dәrsindә göstәrib. Su donub buz olanda hәcmi
genişlәnir vә bu zaman qabı partladır. Zәrif hәlә 1-ci sinfә gedir, kimya dәrsi
keçmir. O bilmir ki, şaxtalı havalarda suyla dolu saxsı, yaxud şüşә qabları
açıq havada saxlamaq olmaz.
1. Sәhәng nәdir?
2. «hәcm» sözünü necә anlayırsan?
3. Niyә şaxtalı havalarda içi maye dolu saxsı, şüşә qabı çöldә qoymaq olmaz?
4. Zәrif bunu niyә bilmirdi?
5. «maye» vә «seyr etmәk» ifadәlәrinin mәnasını izah et.
6. Qış mövzusuna dair mәtn qur vә dәftәrinә köçür.
131