Page 101 - Əlifba
P. 101
– Yox, qızım, – dedi, – o skamya Xan әminin yeridir. İndi o, Xan әminin
yadigarına çevrilib.
– Xan әmi kimdir? – Mәn soruşdum.
Atam:
– Qarabağın qәdim havalarını mәharәtlә oxuyan mәşhur Azәrbaycan
xanәndәsi Xan Şuşinski, – deyә cavab verdi.
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın sәsi,
Qarabağın şikәstәsi.
1. Hansı şәhәr Qarabağın girişi sayılır?
a) Ağdam b) Bәrdә c) Ağdәrә
2. «Xan әmi» kimdir?
3. Azәrbaycanın hansı xalq mahnılarını bilirsәn?
4. Bildiyin xalq mahnılarından birinin mәtnini dәftәrinә köçür.
101