Page 105 - Əlifba
P. 105
YERALTI VƏ YERÜSTÜ SƏRVƏTLƏRİMİZ
Hәr bir ölkәnin yeraltı vә yerüstü sәrvәtlәri var. Azәrbaycan hәm yerüstü,
hәm yeraltı sәrvәtlәri ilә dünyanın әn varlı ölkәlәrindәn biridir.
«Yerüstü sәrvәtlәr» deyәndә, gözlәrimiz önünә meşәlәr, çaylar, dәnizlәr,
bol mәhsullu pambıq tarlaları, üzüm, çay plantasiyaları, taxıl zәmilәri gәlir.
Sarı sünbül bizim çörәk,
Pambığımız çiçәk-çiçәk,
Hәr üzümdәn bir şirә çәk
Sәhәr-sәhәr acqarına,
Qüvvәt gәlsin qollarına.
Çörәk
Elә ki, yemәkdәn gözüm doyardı,
Çörәyi әlimlә didәrdim hәrdәn.
Anam tikәlәri götürüb yerdәn,
Öpüb gözlәrinin üstә qoyardı.
İndi o sәhnәni gördükcә mәn dә,
Xәyalәn baxıram hәmin gözlәrә.
Yanıram atılmış çörәk görәndә,
Sanıram gözlәrim tökülmüş yerә.
Tofiq Bayram
1. «Yerüstü sәrvәtlәr» dedikdә nә başa düşürsәn?
2. Daha hansı yerüstü sәrvәtlәr haqqında mәlumatın var?
3. Yerә atılmış çörәk görәndә nә edirsәn?
4. Zibil qutularına atılmış çörәk görәndә hansı hisslәri keçirirsәn?
5. «zәngin», «tükәnmәz» sözlәrinin mәnasını izah et vә cümlәdә işlәt.
Dәftәrinә köçür
Çörәk bol olarsa, basılmaz Vәtәn.
Torpaq çörәyi ilә, insan әmәyi ilә tanınar.
105