Page 106 - Əlifba
P. 106
NEFT
Tәbiәt Azәrbaycana sıx, yaşıl meşәlәr, uca dağlar, axar bulaqlar, çaylar vә
dәnizlә yanaşı, yeraltı sәrvәtlәr dә – neft, qaz, qiymәtli metallar da bәxş edib.
Yeraltı sәrvәtlәrimizdәn әn qiymәtlisi neftdir.
Neft – müasir dünyada әn çox tәlәb olunan nadir sәrvәtlәrdәn biridir.
Azәrbaycan nefti dünyada istehsal olunan neftlәrin әn keyfiyyәtlisidir.
Maşınlar, avtobuslar neftdәn hazırlanan benzinlә hәrәkәt edir, tәyyarәlәr
benzinlә uçur. Neftdәn yollar üçün asfalt, geyim, mәişәt әşyaları vә avadanlıqları
üçün parça, rәnglәr, әtir, yağlar vә digәr mallar hazırlanır.
1. Daha hansı yeraltı sәrvәtlәrimiz haqqında mәlumatın var?
2. «sәxavәt» sözü hansı halda böyük hәrflә yazılır?
3. Neft daha necә adlandırılır?
a) qiymәtli qazıntı b) yanacaq c) qara qızıl
Dәftәrinә köçür
Azәrbaycanın zәngin yeraltı sәrvәtlәri var.
Qızıl, dәmir, polad, digәr qiymәtli daşlar vә
metallar da Azәrbaycanın yeraltı sәrvәtlәridir.
106