Page 99 - Əlifba
P. 99
XOCALI
Günәş, necә yanırsan?
Necә alovlanırsan?
Yer, niyә dolanırsan?
Dayanıb sükuta dal!
Dәrk et bu fәlakәti!
Görünmәz müsibәtdir
Xocalı müsibәti.
1992-ci il 26 fevral – unudulmaz milli faciә – Azәrbaycanın qan yaddaşına
әbәdi hәkk olunmuş qanlı tarixdir.
1992-ci ilin 26 fevral gecәsi işğalçı ermәni ordusu Xocalı şәhәrini
mühasirәyә aldı, tanklardan, toplardan dinc әhaliyә atәş açdı. O gecә
düşmәnlәr heç kimә aman vermәdi. Qocaları, qadınları, uşaqları öldürdülәr,
evlәrә, tövlәlәrә od vurub yandırdılar, qaranlıq, soyuq meşәlәrә qaçanları
yolda güllәlәdilәr.
Azәrbaycan bu qanlı faciәni heç zaman unutmayacaq.
1. 1992-ci ilin 26 fevralında nә baş verib?
2. Bu hadisә niyә «soyqırım» adlandırılır?
3. «müsibәt», «bәla», «fәlakәt» vә «әhali» sözlәrinin mәnasını izah et.
4. Şeiri öyrәn.
Dәftәrinә köçür
Fevralın 26-sı tariximizә Xocalı faciәsi kimi
yazıldı. Xocalı faciәsi heç zaman unudulmayacaq.
99