Page 62 - "Xəzər" 4/2016
P. 62
Heyif, tamaşaçı alqışı yoxdu, Ömrün bir ötəri səhvi, günahı,
Biz pis oynamadıq rollarımızı. Bir şirin yuxumu, ya aldanışmı?!
Biz gedən bu yolun o başı yoxdu,
Gəl, daha ayıraq yollarımızı. Daha o yuxudan ayılmısan sən,
Daha bu zəngimə nə ehtiyac var?
Ölən biz olmadıq, sevgimiz oldu, Gör sənin dərdindən nə qədər ölən,
Biz sevgi yolunda ölə bilmədik. Gör sənin sevginə nə qədər ac var.
Onlardan nəyimiz axı pis oldu?
Niyə Leyli-Məcnun ola bilmədik? Eşitdim səsini... mənə bəsdi, bəs...
Bağışla bu dəli istəyimi də.
Yox bunun oyanı-buyanı daha, Bir kəlmə demədən, dinməz-söyləməz
Biz gərək tərk edək səhnəni indi. Asdım telefonun dəstəyini də.
Bitdi bu məhəbbət oyunu daha,
Söndür işıqları, pərdəni yendir. ... Yenə tək gəzirəm boş küçələri,
qapıdan qovulmuş bir qonaq kimi.
1973
Yenə zəng vurmağa gicişir əlim;
62 sənə... bir qəfil zəng... şapalaq kimi...

2016 BİR QӘFİL ZӘNG 1973

Ramiz Rövşən. ŞeirlərBu payız gecəsi boş küçələri
gəzirəm kimsəsiz bir uşaq kimi.

Sənə zəng vurmağa gicişir əlim;
sənə... bir qəfil zəng... şapalaq kimi.

Bir zəng... çoxdandı ki, yadından çıxan
o sevgi dolusu illərdən sənə.

Bir vaxt saçlarına yüz sığal çəkən,
səni əzizləyən əllərdən sənə.

Sənsiz o əllər də indi yetimdi –
bu payız gecəsi, ay işığında

Gəzir ciblərimi o əllər indi
bir ikiqəpiklik axtarışında.

Tapdım, yavaş-yavaş yığdım nömrəni;
Әvvəli beş idi, axırı iki.
Səsin səksəndirdi qəflətən məni:
– Alo, eşidirəm... Alo, kimdi, kim?!

Nə deyim? Səninçün mən kiməm axı?
Köhnə sevgilimi? Köhnə tanışmı?
   57   58   59   60   61   62   63   64   65   66   67