Page 89 - antologiya - poeziya_175x250_Layout 1
P. 89

Mÿhÿmmÿd Hadi











               Kimi hürri-әmir olsun, kimi әbdi-әsir olsun –
               Bunu cayiz görәr zәnn eylәmәm divani-hürriyyәt.

               Ucaldıb rayәti-әdli, de ayati-müsavati,
               Elә eyvani-zülmü xak ilә yeksan, hürriyyәt!


               Bizә sәndәn yetәr imdad, sәnsәn rәhbәri-irşad,
               Sәnә hәr dәmdә vacibdir qılaq şükran, hürriyyәt.
                                                                                    89
               Bü rahi-pürxәtәrdә ey bәsa әhrari-qәmpәrvәr –
               Edib ibrazi-qeyrәtlә özün qurbani-hürriyyәt.

               Hәqiqәt hürr olanlar sәy edәr nәfi-rәayayә,
               Keçib әn sevgili candan verәrlәr can, hürriyyәt.






                Mәktәb şәrqisi


               Mәktәb nә demәk? Şәmi-şәbistani-cәhalәt.
               Mәktәb nә demәk? Gülşәni-ürfan, kәmalәt,
               Mәktәb nә demәk? Ümmәtә bir babi-inayәt,
               Eylәr qәlәmim sizlәrә hәqqilә vәsayәt:
               Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
               Göstәrmәli ikmalına olduqca hәmiyyәt.


               Mәktәb nә demәk? Rәhbәri-övladi-vәtәndir.
               İrşadına mәzhәr bulunan әhli-fәtәndir,
               Mәktәb düri-adabü kәmalәtә әdәndir,
               Atidәki söz bizlәr üçün zibi-dәhәndir:
               Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
               Göstәrmәli ikmalına olduqca hәmiyyәt.
   84   85   86   87   88   89   90   91   92   93   94