Page 84 - antologiya - poeziya_175x250_Layout 1
P. 84
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Qış
Payız çatanda axıra boranlı, qarlı qış yetәr,
Soyuq, yağış, külәkli qar xәlaiqi mәlul edәr.
Havanın onda artırar soyuqluğunu günbәgün,
Ağacların vәrәqlәri düşәr, xәzәl olar bütün.
Donar şirin sular bütün, düşәndә şaxta onlara,
Mәşәqqәt ilә sındırıb qarı yığarlar anbara.
84
Dәyirman işlәmәz, donar, gәliş-gediş çәtinlәnәr,
Bazarda nırxı şeylәrin o dәm ziyadә yüksәlәr.
Qopanda qarlı fırtına cahanı tarmar edәr,
Qırar, yıxar ağacları, qiyamәt aşikar edәr.
Sükuta dalıyor meşә, cahanı başqa hüzn alar,
Qar üstә ol zaman fәqәt qırıldaşar da qarğalar.
Qaçarlar isti yerlәrә tamam quşlar ol zaman,
Bizimlә qışlayar fәqәt dolaşa, sәrçә, sağsağan.
Deyәr çıraq bürünmәsin soyuqda titrәyir, әsәr,
Gedәr odunçu meşәyә, ağac qırar, odun kәsәr.