Page 90 - antologiya - poeziya_175x250_Layout 1
P. 90
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәktәb nә demәk? Ruh, dilә feyzrәsandır,
Gәhvareyi-canpәrvәri-rövşәnnәfәsandır,
Aşiqlәri darülәdәbin növhәvәsandır.
Bu söz bizә hәr şamü sәhәr zikri-lisandır:
Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca hәmiyyәt.
90 Mәktәblә qılar növi-bәşәr dәfi-bәlaya,
Mәktәblә çıxar zahirә әsrari-xәfaya,
Mәktәblә yaşar rahәtü mәsud rәaya,
Eylәr qәlәmim bu sözü tәkrar vәsaya:
Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca hәmiyyәt.
Azmışlar üçün elmü әdәb nuri-sәhәrdir,
Cәhl ilә kor olmuşlar üçün köhl bәsәrdir,
İnsana şәrәfbәxş fәqәt elmü hünәrdir.
Bimәrifәt adәm canı yox xüşk şәcәrdir.
Darülәdәbin bilmәliyiz qәdrini, millәt,
Göstәrmәli ikmalına olduqca hәmiyyәt.