Page 93 - antologiya - poeziya_175x250_Layout 1
P. 93
Ñÿìÿä Ìÿíñóð
Bilmәdim neyçinmiş alәm, bunca da yәsü әlәm,
Zövrәqi-ömrün mühiti vәrtәban, dәryayi-qәm,
Böylә halda kimsәdәn bihudәdir ummaq kәrәm,
Hәr gәlәn bulmaq dilәr öz nәfsinә asudә dәm,
Arxalanmam kimsәyә, ülfәt, rәfaqәt rәngdir.
İndi ki, mümkün deyil alәmdә olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genә sağәr şәrab,
Ver genә sağәr şәrab, ey saqiyi-alicәnab,
Bәlkә badәnlә edә Mәnsur rahәt iktisab,
Yoxsa, bu alәmdә yoxdur istirahәt, rәngdir.
93
Naz et
Ey rәhimli canan, elәmә ülfәtә adәt,
Nazınla vüqarın verәr әtvarıva zinәt,
Bihudә gülümsünmә, vüsalında nә lәzzәt,
Sıx qәlbimi, yansın cigәrim, qanımı qәynәt,
Cövründә dәri-sirri-nihanı mәnә baz et!
Naz et mәnә, ey sevgili yarım, mәnә naz et!
Gәr olmaya dövründә gülün xari-dilәnduz,
Gәr mümkün ola bülbül üçün vәsl şәbü ruz,
Nә bülbül olur dәhrdә, nә nәğmeyi-cansuz,
Qoyma ki, camalın ola üşşaqıva dilduz,
Hicrindi mәkatib sәbәbi-talei-firuz,
Tәlimimi, tәhsilimi, ey şux, diraz et,
Naz et mәnә, ey sevgili yarım, mәnә naz et!
Mahiyyәtin әsrin nә bilir mәrdümi-mәsud,
Mәsud olanın hәr dilәyi kәndinә mövcud,
Şeri, qәzәli, musiqisi, qәlbi qәmalud,
Onlar da sanır hәr üçünü kәndinә mәbud,
Qoyma, gözәlim, mәn olayım heykәli-bisud,
Mәn әhli-qinayәm,mәni yıx, әhli-niyaz et,
Naz et mәnә, ey sevgili yarım, mәnә naz et!