Page 668 - antologiya - poeziya_175x250_Layout 1
P. 668

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    çalxalandırmağa başladı. İki qüvvә üz-üzә gәldi. Mübarizә vә çarpışmaq
                    la zım idi. Hәr yerdә, hәr mühitdә haqsızlığın, qolugüclülüyün, zorbalığın
                    әleyhinә çıxışlar olurdu.
                        Mәhәlli hökumәt zәif düşdüyü üçün nüfuzu yoxdu. Şәhәrin әmin-
                    amanlığa, vәtәndaşların şәxsi hüquqlarını müdafiә etmәk, zorbaların zülm
                    vә istibdadına bir nәhayәt vermәk, haqsız tökülәn qanların qarşısını almaq
                    mәqsәdi ilә şәhәrin “ağa”ları, xalqın “seçilmiş” nümayәndәlәri Bakı
                    Bәlәdiyyәsinә toplanıb, bir “cәmiyyәt” düzәltdilәr. Bu cәmiyyәtә “Sülh vә
                    Sәlah” adı verilmişdi. Mәqsәdi bu küçәdә “nizam” vә “qayda”nı saxlamaq,
                    “qanunsuz” hәrәkәtlәrә yol vermәmәk idi.
                        Әgәr Bakı Bәlәdiyyәsinin arxivini axtarsaq vә ya o zamankı qәzetlәrin
                    sәhifәlәrini vәrәqlәyib bu cәmiyyәtin kimlәrdәn ibarәt olduğunu bilmәk
                    istәsәk, görәcәyik ki, onun rәyasәt heyәti içәrisindә bizim tanıdığımız bir
               92   adam da vardır:
                        – Bakının mötәbәr tacirlәrindәn, bәlәdiyyә üzvü Hacı Aslan!
                        Hacı Aslanın 1905-ci il inqilabı günlәrindә bir çox çıxışları olmuşdur.
                    Mәn onun bir çıxışını yaxşı xatırlayıram.
                        İrtica qüvvәtlәnmәk istәyirdi. Birinci Dövlәt Duması hәlә qovul -
                    mamışdı. Burada “Hәqiqi rus xalqı” adı ilә bir cәmiyyәt tәşkil olunmuşdu.
                    Bunlar Bakı proletarının beynәlmilәl şüarı ilә yapdıqları çıxışlara müqabil
                    bәzi müfәttinanә işlәr görürdülәr. Bu zamanlarda bu küçәdә böyük bir
                    nümayiş dәstәsi düzәldilmişdi. Dәstәnin önündә Hacı Aslan gәlirdi. Arxası
                    ilә süvari kazak bölüyü gәlirdi. Zurna-balaban “qaytağı” çalır, Hacı Aslanın
                    “adam”ları da papaqlarını gözlәrinin üstünә qoyub oynayırdılar. Tәzәpirә
                    toplanan bu nümayış dәstәsi Böyük kilsә hәyәtinә gәldi. Burada Bakı
                    qradonaçalniki vә sair bu kimi böyük hökumәt mәmurları Hacı Aslanı
                    alqışladılar.
                        Kilsәnin hәyәtinә bir kürsü qoyuldu. Hacı Aslan özünün div kimi vü -
                    cudu ilә kürsünün üstünә çıxdı. Nitq söylәyәcәkdi. Hәr tәrәfdә “sss-sss”
                    sәslәri eşidildi. Hәr kәs sakit oldu.
                        Hacı Aslan:
                        – Camaat! – dedi – hәr kәs padşahı istәmir... onun arvadını!
                        Camaat onu alqışladı.
                        Hacı Aslan әlavә etdi:
                        – Camaat, siz dә deyin... padşahı istәmәyinin arvadını!
                        Nümayişçi dәstәsindәn böyük bir gurultu qalxdı.
                        Hәr kәsin ağzında onun söylәdiyi sözlәr tәkrar edilirdi. Bu söz sanki
                    on  ların şüarları, ruhlarında bәdii hәyәcanlarını oxşayan ahәngdar nәğmәlәr idi.
   663   664   665   666   667   668   669   670   671   672   673