Page 671 - antologiya - poeziya_175x250_Layout 1
P. 671

Yusif Vÿzir ×ÿmÿnzÿminli




















                                                  Yusif Vәzir Çәmәnzәminli
                                                          (1887-1943)

                                                                                   95






                                Yazıçı, ictimai xadim. Azәrbaycan Xalq Cümhuriy yә -
                            tinin Türkiyәdә ilk sәfiri. 1910-cu ildә Kiyevdә, İmperator
                            Universitetindә tәhsil alıb. Bir qәdәr sonra Azәrbaycanın
                            Müstәqil Ukrayna Respublikasında diplomatik nümayәndәsi
                            tәyin olunub. 1912-1918-ci illәrdә Kiyevdә “Yeddi hekayә”,
                            “Hәyat sәhifәlәri”, “Qanlı göz yaşları”, “Ana vә analıq”,
                            “Arvadl arımızın halı” kitabları, 1918-1920-ci illәrdә Krımın
                            Ağmәscid (Simferopol) şәhәrindә çıxan “Millәt” qәzetindә
                            30-dan çox mәqalәsi dәrc olunub. “Studentlәr”, “Qızlar
                            bulağı”, “İki od arasında” (“Qan içindә”) romanlarının
                            müәllifidir. 1926-cı ildә mühacirәtdәn vәtәnә qayıdan yazıçı
                            “Bakı işçisi” nәşriy ya tın da redaktor vәzifәsindә çalışıb. Bir
                            müddәt  Azәrbaycan Dövlәt Universitetinin Şәrqşünaslıq
                            fakültәsindә dәrs deyib. Ruhulla Axundovun redaktәsi ilә
                            çapa hazırlanan “Rusca-Azәrbaycanca lügәt”in müәlliflәrin -
                            dәn biri olub. Azәrbaycan dilindә terminologiyanın yaradıl -
                            masında böyük xidmәtlәr göstәrib. L.Tolstoyun, İ.Turgenevin,
                            N.Qoqolun,  A.Neverovun, V.Hüqonun әsәrlәrindәn nümunә -
                            lәri, hәmçinin Azәrbaycan dilindә ilk sәsli film olan mәşhur
                            “Çapayev” filminin ssenarisini dilimizә çevirib.
   666   667   668   669   670   671   672   673   674   675   676