Page 596 - antologiya - poeziya_175x250_Layout 1
P. 596

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    nәhv xәtalarımı düzәl dirsiniz, şübhәsiz, mәndәn soruşacaqsınız, niyә bu
                    qәdәr müddәtdә heç Rәşid bәydәn bir xәbәr vermәyib yalnız Sәadәtdәn
                    danışırsan.
                        Ah! Әziz dostum, bilsәniz, bu ad nә qәdәr gözәl xatirәlәr oyadır! Bil -
                    sәniz, bu adı gündә min dәfә tәkrar etmәkdәn mәn nә dәrәcәdә hәzz alıram!
                        Hәtta “S” hәrfini әn adi kәlmәlәrin başında yazarkәn, ya dildә
                    söylәrkәn, bilsәniz, bu hәrf nә qәdәr mәnim gözümdә vә qulağımda lәtafәt
                    vә mәlahәtә malik olur!
                        Bu sirlәri bilsәniz, mәn әminәm ki, bu adı daha artıq tәkrar etmәyә siz
                    özünüz mәni vadar edәrsiniz vә xәyalәt sәmasında qanad açdığım Sәadәtin
                    evindәn eşiyә çıxmağı mәnә qadağan edәrsiniz.
                        Biz yuxarıda dedik ki, Rәşid bәy öz sevgilisinin yanın dan, od düşmüş
                    bir evin buxarısından alov çıxan kimi çıxdı vә alov kimi havada qeyb oldu.
                    Nәhayәt, şәhәrin kәnarında bir komaya yetişdi. Orada vәfalı Әziz, atlar ilә
               20   bәrabәr onu gözlәyirdi. Nökәri ağasının gәlmәyindәn xeyli xoşhal olub, bir
                    bәhanә ilә ev sahiblәrini evdәn çıxartdı ki, ta Rәşid bәy ilә asudә dәrdlәşsin.
                        Rәşid bәy üzündә sevinc olsa da, eyni zamanda fikridağınıq görünürdü.
                    Elә ki hәr ikisi yalqız qaldılar, Әziz sükutu pozub soruşdu:
                        – Sizin harada olduğunuzu vә başınıza necә macәralar gәldiyini
                    soruşmağa mәnә icazә varmı?
                        Rәşid cavabında:
                        – Ah, mәnim sevimli Әzizim! Bu sәhәr mәn bir bәdbәxt aşiq idim, bir
                    az sonra dilәnçi oldum, nәhayәt, misilsiz mәlәyimin vәslinә nail olmaqla
                    xoşbәxt oldum. Görünür, bu Azәrbaycan qәzәli mәnim mәlәyim üçün imiş.

                               Güldür bu? Deyil, gül belә xәndan olmaz.
                               Gündürmü? Deyil, gün keçә rәxşan olmaz.
                               Derdim ki, mәlәk, mәlәk mәhәbbәt bilmәz.
                               Kimdir bu ki, tәşbihinә imkan olmaz?


                        Әziz dedi:
                        – Ağa, mәn sizin әn sadiq nökәrinizәm, ona görә cәsarәt edib sizә
                    deyirәm ki, sizin söylәmәyinizә görә, Sәadәt xanıma aşiq olmamaq müm -
                    kün deyilsә dә, sizin ondan uzaqlaşmağınız mәslәhәtdir, yoxsa özünüzә vә
                    mәşu qәnizә tükәnmәz әzablar, kiçicik mәmlәkәtinizә böyük bir bәla vә ata -
                    nıza dәrin bir qәmginlik rәva görmüş olarsınız. Atanız bu әmrә razılıq vә
                    xeyir-dua vermәmişdir.
                        – Yox, sevimli Әziz! – deyә Rәşid cavab verdi. – Mәn onu elә bir ehti -
                    rasla sevirәm ki, ondan uzaqlaşmağı fikrimә belә gәtirә bilmirәm. Onun
                    xәyalı daim mәnim gözümün önündәdir, o dәrәcәyә çatıb ki, ondan başqa,
   591   592   593   594   595   596   597   598   599   600   601