Page 595 - antologiya - poeziya_175x250_Layout 1
P. 595

Èsmaéûl áÿy Qutqàøûnlû


            qapıdan girdi vә bacısını öpmәk üçün qollarını açdı. Hәr ikisi Sәadәtә
            verilәcәk cehizdәn danışmağa başladılar. Cehiz isә bir yataq otağının
            avadanlığından, qızıl vә gümüş ilә tikilmiş bir neçә şeydәn vә toya gәlәnlәrә
            hәdiyyә etmәk üçün bir neçә silah zinәtlәrindәn ibarәt idi. Lakin bu qәdәr
            tәlaş artıq idi. Sәadәtin cehizә ehtiyacı yox idi, çünki o, әrinә yeni bir hәyat,
            tükәnmәz bir sәadәt, tәrifәgәlmәz bir zövq aparacaqdı. O gözәlliyә malik
            olmayan qızlar da bundan artıq cehiz aparmırdılar. Qafqazın cәnub
            tәrәflәrindә kişilәr cehiz gәtirmәyә, qadın isә itaәt etmәyә borcludur. Tutu
            xanım bacısı ilә gәlәcәk toydan bәhs edәrәk әtirli çay vә şirin qoğal
            hazırlayıb Sәadәti gözlә yirdilәr. Birdәn Şamah özünü itirmiş halda qapını
            açıb Tutu xanıma Sәadәtdәn bir mәktub uzatdı. Tutu xanım mәktubu açıb
            bu sözlәri oxudu: “Mehriban anacan! Әgәr mәn sizin yanınızda günahkar
            olmasaydım, özümü әn xoşbәxt adam sayardım. Lakin, әfsus, mәn özümü
            әn bәdbәxt bir qız hesab etmәyә mәcburam. Dizlәrinizi qucaqlayaraq, mәni
            bağış lamanızı xahiş edirәm. Mәnim başıma gәlәn qәzanı sizә hekayә etmәyә  19
            Şamaha icazә vermәnizi rica edirәm”.
                Vәfalı sirdaş Şamah iki gәncin bir-birinә olan mәhәb bәtini, onların
            görüşmәsini vә daim bәrabәr yaşayacaqlarına and içdiklәrini müfәssәl
            hekayә etdikdәn sonra Tutu xanım son dәrәcә mәyus oldu. Bacısı isә öz
            bacısı qızının mәşhur xana әrә getmәsini istәdiyindәn, Tutu xanımı danlayıb
            daha da acıqlandırdı.
                Hәr ikisi Sәadәtin otağına getdilәr. Sәadәt anasını görcәk özünü onun
            ayaqlarına döşәdi. Gәnc qızın iztirabı, rәnginin solğunluğu vә qorxuya düş -
            mәsi Tutu xanımı yola gәtirmәyә sәbәb oldu. Mәhәbbәt, Tutu xanımın bu
            tәk qızına olan hiddәtinә qәlәbә çaldı.
                Qızını bağrına basıb var qüvvәsilә toyun pozulmasına çalışacağına söz
            verdi. Bu qısa sözlәr Sәadәtә kifayәt idi, çünki anası ona bu sözü verdikdәn
            sonra ona heç bir şey çәtin vә qeyri-mümkün görünmürdü. Anasının әllәrini
            öp mәyә başladı. Onlar yenicә sakit olub çәtin mәsәlәnin hәlli üçün münasib
            bir yol axtarırdılar ki, birdәn hәrәmxana nökәri daxil olub Әsgәr ağanın
            әmisinin xanıma özünü tәqdim etmәk arzusunda olduğunu xәbәr verdi. Bu
            adı eşidәn Sәadәt onun nә mәqsәdlә gәldiyini bilәrәk, yenidәn iztiraba
            düşdü.
                Anası da iztirab içindә nәcabәtli qonaqdan bugünlük üzr istәnilmәsini
            vә ertәsi gün tәşrif gәtirmәlәrinin rica edilmәsini hәrәmxana nökәrinә әmr
            etdi. Tutu xanım vә bacısı bir neçә saat Sәadәtin yanında qalıb ona tәsәlli
            ver mәyә vә Kazım xanın oğlu üçün onun rәyini әlә gәtir mәyә çalışdılarsa
            da, bir şey çıxmadı. Nәhayәt, axşam onlar oradan çıxıb Әsgәr ağanın
            elçisinә nә cavab verәcәklәrini düşünmәyә başladılar.
                Ey mәnim әziz vә mehriban dostum, siz ki mәnim başıma bu balaca
            Asiya hekayәsini yazmaq fikrini saldınız, siz ki bu qәdәr lütf ilә mәnim sәrf-
   590   591   592   593   594   595   596   597   598   599   600