Page 569 - antologiya - poeziya_175x250_Layout 1
P. 569

Sÿlim Babullaoülu




               Nәnәm dә burdadır, babamın yanında, iki ildir ki.
               Burda? Yәni, harda?
               Babamı ağlamaq üçün gecdir, dostlar demiş, qocayam.
               Dәfndәki qıvrımsaç oğlanı xatırlayıram:
               hamını bir yerdә görmәkdәn xoşlanardı,
               vә şәkillәri heyrәtlә seyr edәrdi başdaşlarında.
               Ölümü eyninә almazdı, anlamazdı çünki;
               İndi dә anlamır, eyninә alsa da hәr gün.
               Gözlәrim dolub.
               “Qayıdaq, uşaqlara soyuq olacaq”  –
               deyә dillәnir Hәmidә.
               Qışa yaraşmayan isti var әslindә.
               Sinәdaşına qonmuş kәpәnәyi tutmaq üçün                               569
               özündәn böyük qardaşını sәslәyәn qızımın
               şaqraq sәsi yayılır әtrafa,
               biz ölüm vә başdaşlarının mühasirәsindәykәn.



                Külәk


               Mәftildәki ayaqaltı yellәnir.
               Üzüm yarpağı qızılgülә tәzim edir.
               Söyüd saçlarını qırışdırır.
               Almagülü qarışqaya vida edir.
               Qumluqdakı bir parça çәmәn “yox!” deyir kәpәnәklәrә.
               Birәlәr başına kül sovurur küllükdә.
               Çobanyastığı çapar salır dörd tәrәfә.
               Bir çöp diyirlәnir bir kötük üstdә.
               Sәsi qatardan tez çatır stansiyaya.
               Relslәrin arasında vurnuxur
               qıc olmuş sevgi mәktubu –
               әslindә külәk әsir vә sәn
               daha yalan danışmaq istәmәdәn susursan...
   564   565   566   567   568   569   570   571   572   573   574