Page 432 - antologiya - poeziya_175x250_Layout 1
P. 432

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      Eşitmişәm oğlun olsa, oğluna
                                      Ad verildi, bәlkә, mәnim adımdan.
                                      Qüruruna, inadına baxma heç,
                                      Çıxart görüm, çıxart mәni yadından,


                                      Kirpiklәrim mәhәbbәtlә qırpınıb,
                                      Gözlәrimә qırmızılıq gәtirdin...
                                      Sudan çıxan balıq kimi çırpınıb,
                                      Geri dönmәk ümidini itirdin.
                                      Zaman keçib dәyişmişәm özüm dә,
                                      Vaxt yetişib ürәyindәn köçürәm.
                                      Başqa sevgi axtarıram özümdә,

             432                      Başqa qızın ürәyindәn keçirәm.
                                      Nәyә lazım bu ehtiram, bu hörmәt,
                                      Görürsәn ki, tamam  ayrı yolum var.
                                      Axı sәndә nә Leylilik mәhәbbәt,
                                      Nә dә mәnim Mәcnun olmaq halım var.
                                      Sәnә mәlum alovum da, gözüm dә.
                                      Qalammadım söhbәtindә, sözündә,
                                      Ancaq bizi tanıyanlar deyir ki,
                                      Ayrılığın lap birinci günündәn,
                                      Bu misranın yazıldığı vaxtadәk.
                                      Gizli-gizli alışırsan odumdan.
                                      Mәn ki sәnә özgә idim, yad idim,
                                      Çıxart görüm, çıxart mәni yadından...
   427   428   429   430   431   432   433   434   435   436   437