Page 317 - antologiya - poeziya_175x250_Layout 1
P. 317

Arif Abdullazadÿ


               nә qәdәr xatirә köynәyi vardı
               ürәyimizdә.
               Ümidlә, çiçәklә, xatirәlәrlә
               dünyada “beş günlük” xoşbәxtdik biz dә.
               Bu yay necә gәldi,
               necә qurtardı,

               axı hәlә dünәn, elә bil dünәn
               çöllәr çәmәnlikdi, bağlar nübardı,
               dәnizi vardı, sәması vardı,
               suyunu içmәyә,
               üzüb keçmәyә,
               buz bulaqları, göllәri vardı,
               qoynunda bir gündә                                                   317
               ömür sürmәli ayları vardı,
               illәri vardı...
               Bu payız bu yaya bәnzәmәsә dә,
               bilmәdik o nә vaxt, o necә gәldi,
               necә qurtardı,
               günәşdәn qüruba,
               yerdәn göyәdәk
               hәr tәrәf bardı,
               yenә son bahardı.
               Qızıl bağçaları,
               dolu qucağı,
               bulaqlar başında,
               tala daşında
               hәlә dә, hәlә dә yeri qaralan
               nә qәdәr xatirә ocağı vardı.
               Ümidin son sәsi, son közәrtisi
               hәlә yaşardı...
               Bu qış necә gәldi, necә başladı,
               bu qış meyvәlәri, xatirәlәri
               xәstә yarpaqları yaman daşladı.
               Bu qışın qoynunda  günlәr itәcәk,
               aylar itәcәk,
               Bu qış necә gәldi,
               nә vaxt bitәcәk?!
   312   313   314   315   316   317   318   319   320   321   322