Page 312 - antologiya - poeziya_175x250_Layout 1
P. 312

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                                 İnad olub nә döyürsәn baxta-baxt, –
                                 Açılmayan düyünlәri düy görüm.

                                 Elә yanır döyüşlәrin yanğısı,
                                 Nә tәsәlli söndürәcәk, nә dә su.
                                 Mәnim qapım yer üzünün qapısı,
                                 Ağacdәlәn, döy qapımı, döy görüm,
                                 Başımıza nәlәr gәlir, qoy görüm...




                                 Gizli mәhәbbәt

                                 Dağların başına düşәn qardımı,
                                 Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz?!
             312
                                 Sinәmi göynәdәn intizardımı,
                                 Qәlbimdәn xәbәrsiz, mәndәn xәbәrsiz?


                                 Qırdım öz әhdimi mәn bilә-bilә,
                                 Haqqın var, yanımdan keç gülә-gülә,
                                 Әriyim oduna qoy gilә-gilә,
                                 Mәn sәni sevmişәm sәndәn xәbәrsiz.

                                 Gör mәnim qismәtim nәlәr-nәlәrmiş,
                                 Sәn uzaq saydığın yaxın gәlәrmiş?!
                                 Sәn demә, dağlara qar әlәnәrmiş,
                                 Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz.



                                 Vәtәn seçilmәz


                                 Dostu bu dünyada seçib taparlar,
                                 Dost-düşmәn seçilәr, Vәtәn seçilmәz.
                                 Qayanı yonarlar, dağı çaparlar,
                                 Dağ-qaya kiçilәr, Vәtәn kiçilmәz.


                                 Keçәr taleyindәn, ömründәn keçәr.
                                 Qovuşmaz karvana, yovuşmaz köçә.
                                 Köçsә, qürbәt eldә qәlbinә köçәr,
                                 Ağır elli-günlü Vәtәn köçülmәz.
   307   308   309   310   311   312   313   314   315   316   317