Page 316 - antologiya - poeziya_175x250_Layout 1
P. 316

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Hәr şeyin bir sonu var...


                        Ölümdәn qorxmuram, yox,
                        dünyanın birdәn-birә
                        qulağımda donacaq sükutundan qorxuram,
                        nәğmәlәrin, sözlәrin
                        ömrümün sahilinә
                        sәpәlәnib mәnsiz qalan hәyatından qorxuram.


                        Ölümdәn qorxmuram, yox,
                        dilimin lap ucunda sönәn
                        vә bir dә heç vaxt yana
             316        heç vaxt yana bilmәyәcәk hәrarәtdәn qorxuram,
                        mәndә yarımçıq qalan,
                        başqa ömrә calanan,
                        saçlarının әtrinә,
                        bir dә ömür xәtrinә
                        işığından qaçdığım,
                        qovuşa bilmәdiyim sәadәtdәn qorxuram


                        Ölümdәn niyә qorxum?
                        Günәş adlı әn ilahi dünyanı,
                        gözlәrimdә donduracaq lal zülmәtdәn qorxuram,
                        adı işıq, özü dünya, kainat,
                        bir dә onsuz gözlәrimi yandıracaq o hәsrәtdәn qorxuram.
                        Yox, ölümdәn qorxmuram,
                        inadın, dәyanәtin,
                        qürurun, dönmәzliyin ölümündәn qorxuram.




                        Bu yaz necә gәldi...


                        Bu yaz necә gәldi,
                        necә qurtardı,
                        axı hәlә dünәn, dünәn bahardı,
                        ümidi vardı,
                        gülü-çiçәyi,
   311   312   313   314   315   316   317   318   319   320   321