Page 282 - antologiya - poeziya_175x250_Layout 1
P. 282
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Ümidin sarı qanadı
Qıpqırmızı yarpaqlarım ot üstә,
Elә bil ki, payız otum qan ağlar.
Gücüm yetmir meyvәsini dәrmәyә,
Әlim sızlar, cismimdәki can ağlar.
Bu ağacın beli çapıq-çapıqdı,
Dal budağın yarpaqları yapıqdı.
Cır arının şanı quru qabıqdı,
Boş yuvada lәlәk ağlar, şan ağlar.
282 Keçәn günüm, solub gedәn gülümsәn,
Günbatanda bir dә mәnә gülümsә.
Sarı gәlin qürubda da gülümsәr,
Mәnim ömür qürubumda dan ağlar.
Hәlә gözlәmә
Mәni yerim olan yerdә gözlәmә,
Hәlә heç axtarma, bir dә gözlәmә.
O mәqam yerimi tutub durublar,
Durub elә bil ki, oxlov udublar.
Hәlә qabağıma kötük atan var,
Şeirimin üstünә örtük atan var.
Nәşrdәn, dәrslikdәn atıb sözümü
Adımın üstündәn ad yazıbdılar,
Öz ağızlarına dad yazıbdılar.
Sözün min dәrdi var, qәlәm kef deyil,
Vurub özlәrini görmәmәzliyә
Mәni bilmәzlәrә sözüm sәrf deyil.
Yerimdәn deyilәn söz qorxuludur,
Mәnim dә әlim yox dava-dalaşda,
Çoxu şahquludu, ağaquludu,