Page 280 - antologiya - poeziya_175x250_Layout 1
P. 280

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                              Bu dünyanın qara daşı göyәrmәz


                              Leylәklәrin çöp yuvası boş qalıb,
                              Bahar gedib, payız gәlib, qış qalıb.
                              Göy çәmәndә ocaq yanıb, daş qalıb,
                              Bu dünyanın qara daşı göyәrmәz.


                              Nә bu ocaq közәrәsi, sönәsi,
                              Nә o günlәr bir dә geri dönәsi...
                              Qәm elәmә könlümün bir dәnәsi
                              Bu dünyanın qara daşı göyәrmәz.


             280              O gülyanaq bәnddir bir xoş baxışa,
                              Körpә budaq әl açıqdır yağışa.
                              Min baharın hәrarәti yığışa
                              Bu dünyanın qara daşı göyәrmәz.


                              Ot göyәrdib o cığırım, o izim,
                              Tufanlanıb çalxalanmaz dәnizim,
                              Daha mәndәn sevgi umma, әzizim,
                              Bu dünyanın qara daşı göyәrmәz.


                              Araz boyu çox mәnalar sezmişәm,
                              Elә bilmә әllәrimi üzmüşәm.
                              Ürәyimә daş bağlayıb dözmüşәm,
                              Bu dünyanın qara daşı göyәrmәz.




                              Bir günah sәnindir,
                              bir günah mәnim

                              Bir gözün mәn әydim, bir gözünü sәn,
                              Niyә narazıyıq bu tәrәzidәn?..
                              Sәn çeşmә qurudan, mәn ağac kәsәn,
                              Bir günah sәnindir, bir günah mәnim.
   275   276   277   278   279   280   281   282   283   284   285