Page 275 - antologiya - poeziya_175x250_Layout 1
P. 275

Fikrÿt Qoca




                        Sevgi gözәl bәladı


                        Sevgi gözәl bәladı,
                        Bәlası mәnә gәlsin.
                        Onsuz hәyat zülmәtdi,
                        Zülmәtli günә gәlsin.
                        Yazığı gәlsin mәnә,
                        Dolansın, yenә gәlsin.
                        Әn qәdim dindi sevgi,
                        Bu dünya dinә gәlsin.
                        İnsandan bu dәrd qalır,
                        Ömür gәldi-gedәrdi…
                        Yarәb, heç vaxt nadana                                      275
                        Qıyma bu gözәl dәrdi.

                        Ulu vәtәn sevgisi
                        Sevgilәrin tacıdı.
                        Şirinlәrdәn şirindi,
                        Acılardan acıdı.
                        Onun zülmünü çәkmәk
                        Ruhun ehtiyacıdı.
                        Bu sevginin töhvәsi
                        Zindan, hәsrәt, ölümdü.
                        Ölümә hazır olmaq
                        Özü dәrin elmdi,
                        Bunu sevәnlәr bilir.


                        Azadlığın sevgisi
                        Varlığın әzәlidi,
                        Bu azadlıq deyilәn
                        Gözәllәr gözәlidi.
                        Azadlıq ulu tanrı,
                        Tanrı bәşәrin yarı…

                        Vәtәnimin bayrağı
                        Xalqımın başı üstә
                        Ulu tanrı әlidi.
   270   271   272   273   274   275   276   277   278   279   280