Page 164 - antologiya - poeziya_175x250_Layout 1
P. 164

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Ötәn bulud, uçan quş! Mәn burda, yar vәtәndә...
                        Bәlkә, düşdü yolunuz bir gün bizim dә kәndә.
                        Görün, bağa-eyvana sәrin kölgә düşәndә
                        O qız yenә oxuyub, şәn mahnılar çalırmı?
                        Görәn, hәr nәğmәsindә mәni yada salırmı?

                        Nә mәn ürәk edirәm yazım ona bir kağız,
                        Nә dә mәnә yazmayır o şәn, o mehriban qız.
                        Bir bilәydim, görәydim, neylәyir indi yalqız?
                        O da mәni düşünüb, heç xәyala dalırmı?
                        Görәsәn, o gözәl qız mәni yada salırmı?


                        Doğrudur, bilmәk olmaz könüllәri uzaqdan,
             164        Hәr gün vurub salır yel bir yarpağı budaqdan...
                        Mәnsiz su dolduranda hәr dan üzü bulaqdan,
                        Bәzәn heç doluxsunur, heç qanı qaralırmı?
                        Görәsәn, o gözәl qız mәni yada salırmı?

                        Yan, tonqalım, tüstülәn... Yan könlümtәk, ey ocaq!
                        İki kәlmә yazmağa mәn üzsüz, yar utancaq...
                        Heç olmasa, yazaydı o qız bircә söz ancaq,
                        Görәydim, soraq edib mәni xәbәr alırmı?
                        Görәsәn, o gözәl qız mәni yada salırmı?!
   159   160   161   162   163   164   165   166   167   168   169