Page 162 - antologiya - poeziya_175x250_Layout 1
P. 162
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Ömrüm-günüm, körpә quzum, qurban olum adına,
Niyә köks ötürürsәn o düşәndә yadına?
Atan yazır: hәlә xoşdur bu tәrәfdә havalar.
Deyir oğlum darıxmasın, görüşәrik bu bahar.
Bağçalarda çiçәk açar gülöyşә nar, yasәmәn,
Qaranquşla bir zamanda qayıdaram kәndә mәn…
Heç darıxma, dәrdin alım, atan gәlәr, o zaman
Sәnә çoxlu nağıl deyәr әsgәrlikdәn, davadan!
Di yat, indi gecә keçir…
– Onda, nәnә, ay nәnә!
Qoy kәsmәyәk ağ toğlunu, qalsın atam gәlәnә.
162 –Yaxşı, bala, qoy bağlarda çiçәk açsın nar, әrik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kәsәrik.
Mәn eyvana xalı sallam, anan evi bәzәyәr,
El qaydası süfrә açar, qohum-qonşumuz gәlәr.
Sәn atanı qucaqlayar, üz-gözündәn öpәrsәn,
Qoca baban saz köklәyib, nağıl deyәr sübhәcәn…
Körpә güldü…
hәsrәt qonan gözlәrindәn uçdu qәm,
Öpdü onun xәyalını indi özgә bir alәm;
Qaranquşlar uçub gәldi, açdı çiçәk, güldü yaz…
Qucaqladı atasını, sonra kimsә çaldı saz…
Körpә özü hiss etmәdәn, onu yuxu apardı,
Çöldә isә bütün gecә külәk tufan qopardı.
Layla
Gecә keçir… Göylәr qara, ay para…
Ahu olub qaçır yuxun dağlara.
Ömrüm-günüm! Sәnә laylay dedikcә,
Ürәyimdә qövr elәyir min yara.
Laylay, gülüm, gözlәrindәn öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!