Page 161 - antologiya - poeziya_175x250_Layout 1
P. 161

ßhmÿd Cÿmil




                Can nәnә, bir nağıl de


               – Ay nәnә, bir nağıl da de!
               – Ömrüm-günüm, yat daha,
               Hamısını indi desәm, nağıl qalmaz sabaha.


               – Can nәnә, de birini dә.
               – Ağrın alım, sözә bax.
               Evimizdә sәndәn savay, gör heç varmı bir oyaq?
               Gecә keçib, ev soyuyub, hәnir gәlmir ocaqdan;
               Taxt üstündә mәstan pişik, odur, yatıb bayaqdan.
               Ört üstünü, dәrdin mәnә, bax, eşikdә yel әsir…
                                                                                    161
               – Qar yağırmı?
               – Elә yağır… sazaq qılınctәk kәsir…
               Belә yağsa, qar sübhәcәn yolu-izi örtәcәk;
               Kirpiklәrin lap qovuşub, cırtdan bala, yat görәk.

               Nәnә yığır düyünçәyә iynәsini, sapını,
               Külәk hәrdәn taqqıldadır pәncәrәni, qapını.
               Körpә çәkir tәzә, güllü yorğanını üzünә,
               Gözlәrini yumur… amma yuxu getmir gözünә.


               – Ay nәnә, o kimdir elә pәncәrәni bәrk vurur?
               – Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...


               Bir gizilti duyur uşaq vücudunda bu ara,
               Hәsrәt qonan gözlәrini zillәyәrәk divara,
               Çarpayının baş ucunda öz әliylә asdığı
               Şәklә baxır, fikrә gedir, qucaqlayıb yastığı…




               – Bәs ay nәnә, atam indi haradadır, görәsәn?!
               – Bıy başıma nәlәr, oğul, yatmayıbsan hәlә sәn?!
               – Axı, nәnә, heç demirsәn atam haçan gәlәcәk,
               İndi onu sәngәrdә bәs üşütmürmü qar, külәk?
   156   157   158   159   160   161   162   163   164   165   166