Page 159 - antologiya - poeziya_175x250_Layout 1
P. 159

Mirvarid Dilbazi








                           Açarı dәryaya atdım


                           Ürәyimә qıfıl vurub,
                           Açarı dәryaya atdım.
                           Hәyәtdә bir saray qurub,
                           Soyuq daşını ağlatdım.

                           Keçdim dünәnki izindәn,
                           Xәbәrsiz oldum özümdәn,
                           Göz yaşı axdı üzümdәn,
                           O göz yaşını ağlatdım.                                   159


                           Çığırdım: Sәs ver, sәsimә!
                           Mәn möhtacam nәfәsinә!
                           Döndüm dәniz lәpәsinә,
                           Özümü qoynuna atdım.

                           O gündәn qaldım dәryada,
                           Nә sahil var, nә dә ada,
                           Nә yetәnim var imdada,
                           Nә dә vüsalına çatdım.
   154   155   156   157   158   159   160   161   162   163   164