Page 119 - antologiya - poeziya_175x250_Layout 1
P. 119

Sÿmÿd Vurüun











                        Sәn dә, ovçu dostum, tәlәsmә sәn dә,
                        Bu qәlbi dağları qoy asta aşaq.
                        O çay yanındakı yaşıl çәmәndә
                        Asta addımlayıb, ağır dolaşaq.
                        Hәr gülә, çiçәyә salam vermәsәm,
                        Xoş üz göstәrmәsәm, xoş üz görmәsәm:
                        Nanәlәr, reyhanlar inciyәr mәndәn.
                        Güllәrin yarpağı tökülәr dәn-dәn...
                        Odur ki, yel olub, çöldә әsmirәm,
                        Heç yana, heç yerә mәn tәlәsmirәm!                          119

                        Bulud tez keçmәsin başımın üstdәn,
                        Çay da yavaş axsın... sular boyunca.
                        Baxım hәr zәrrәyә, baxım doyunca...
                        Ürәk tәrpәnmәyir ötәrgi sәsdәn,
                        Nә çıxar bir anlıq yanan hәvәsdәn?
                        Elә zәnn etmә ki, ağırlaşmışam,
                        Ayağı sarıqlı, şikәst bir quşam...
                        Qoy dünya böyüsün, zaman uzansın
                        Bir günün әrzindә aylarla yansın
                        Al günәş, gözündәn nur yağa-yağa...
                        Ömrün kitabını tamamlamağa
                        Çox da can atmasın әlimdә qәlәm,
                        Mәn tәlәsmirәm,
                        Mәn tәlәsmirәm!
   114   115   116   117   118   119   120   121   122   123   124