Page 116 - antologiya - poeziya_175x250_Layout 1
P. 116
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Anlayar mәni
Tәbiәt böyükdür, әzәmәtlidir,
Qәlbindә saxlayır min sirr, min hikmәt...
İnsanla әl-әlә verdiyi zaman,
Daha da qüdrәtli olur tәbiәt...
Yaradanı olmuş әsrlәr boyu,
Möcüzәlәr dolu neçә әsәrin.
116 Ondan öyrәnmişik... odur memarı,
İlkin sәnәtkarı gözәlliklәrin.
Ölçüsü-biçisi tәbiәt olmuş
Bizim ataların, dostun, tanışın.
Onların dilindәn düşmәmiş bir gün
Arzusu baharın, qayğısı qışın...
Qürurum dağların zirvәsindәdir –
Onunla köklәnib könlümün simi.
Sәsim ağ çayların gur sәsindәdir –
Mәn ondan almışam ilkin dәrsimi.
Pәrәstiş edirәm tәbiәtә mәn,
Sonra görәn, bilәn danlayar mәni...
Dilim tәbiәtә bir az yaxındır,
Danışsam tәbiәt anlayar mәni.