Page 118 - antologiya - poeziya_175x250_Layout 1
P. 118
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәn tәlәsmirәm
Dostlar, badәlәri qaldırın içәk!
Gecә ulduzludur, hava da sәrin.
Demirәm mәst olub dünyadan köçәk...
Deyirәm mehriban düşüncәlәrin
İsti qucağında qızınaq bir az...
Qoy uzansın gecә, geciksin sәhәr,
Yuxuya getmәsin mәclisdәkilәr.
118 Mәnim söhbәtimdәn yorulmaq olmaz –
Hәlә yer üstündә, insan yanında
Deyib danışmaqdan doymamışam mәn...
Uzadaq ömrünü hәr bir anın da,
Yel kimi keçmәsin vaxt üstümüzdәn...
Bu aylı gecәdә, bu dağ döşündә,
Bu sazlı, söhbәtli bulaq başında
Bu saat, bu dәm,
Heç yana, heç yerә mәn tәlәsmirәm!
Sevgilim, qolunu boynuma dola!
Demә ki, yorğunam, ya qocalmışam.
Mәn hәlә dünyadan nә zövq almışam?
Dur, bütün alәmi gәzәk qol-qola!
Yenә dә fikrimin sәyyar yelkәni
Dәnizdәn-dәnizә atsa da mәni,
Qorxma! Ürәklә de: “Uğurlar ola”!
Dur, bütün alәmi gәzәk qol-qola,
Sellәrdәn, sulardan yeyin axsam da,
Şimşәklә yanaşı göydә çaxsam da,
Nә şadlıq sәyirtsin atını, nә qәm,
Heç yana, heç yerә mәn tәlәsmirәm!..