Page 183 - "Xəzər"
P. 183
183 100 il. Haldun Tanər
2015

HALDUN TANӘR

Bu il Türkiyədə böyük təntənə ilə 100
illik yubileyi keçirilən Haldun Tanər yazdığı
pyeslərlə türk ədəbiyyatının dünya səhnəsinə
çıxmasında böyük rol oynamış, öz ironik
üslubuyla xalqının oyanışında müstəsna
yer tutmuşdur. Onun yaradıcılığı bir çox
dünya ölkələrində tədqiqat obyekti kimi
seçilmişdir. Dramaturqun ən çox səhnəyə
qoyulan əsəri məşhur “Kəşanlı Әli dastanı”
pyesidir. Әsər təkcə 1964-cü ildən 1970-ci
ilə qədər 493 dəfə səhnələşdirilmiş, bir çox
Avropa ölkələrində də tamaşaya qoyul-
muşdur. Bu əsərin türk kino tarixində də
özünəməxsus yeri var; əsasında film və
teleserial çəkilmişdir.
   178   179   180   181   182   183   184   185   186   187   188