Page 6 - "Xəzər"
P. 6
el kürsüsü. Xuan Ramon Ximenes1900-cu ildә “Bәnövşәnin ürәyi” adlı ilk şeirlәr kitabı çap olunan gәnc
Ximenes üslub gözәlliyi vә incә lirikasına görә tәnqidçilәrin rәğbәtini qazanır.
Bundan sonra Ximenesin kitabları ardıcıl nәşr olunmağa başlayır. 30
yaşında o artıq ondan çox kitabın müәllifi idi.
Modernist şeirin ruhuna uyğun ümidsizlik, kәdәrli ovqat Ximenes poeziyasında
aparıcı yer tutsa da, әslindә onun modernist şeirlәrinin kökündә klassik ispan
poeziyasının әnәnәlәri durur.
1912-ci ildә Хimenes qırx il birgә ömür sürdüyü gәlәcәk xanımı – ispan
әsilli şairә Zenobiya Kamprubi ilә tanış olur vә birlikdә Rabindranat Taqorun
şeirlәrini ispan dilinә çevirirlәr.
ХХ әsr ispan әdәbiyyatında Хimenes şair kimi deyil, hәm dә tәnqidçi vә
naşir kimi dә tanınıb. O hәmçinin şeirin fәlsәfәsi vә nәzәriyyәsi ilә mәşğul olub,
araşdırmalar aparıb.
İspaniyada vәtәndaş müharibәsinin başlanması Хimenesin hәyatını dәyişir.
O Franko rejiminin qәti әleyhinә çıxır. Respublika hökumәti şairin hәyatına
yaranan tәhlükәni nәzәrә alaraq, onu ABŞ-a mәdәniyyәt işlәri üzrә attaşe
6 göndәrir. Frankonun qәlәbәsindәn sonra Ximenesin İspaniyaya yolu bağlanır.
1949-cu ildә onun “Dәrinlikdәki vәhşi” kitabı çap olunur. Yaradıcılığının
2015 son onilliyinin nәticәsi olan bu kitabı, amerikalı tәnqidçilәrin fikrincә Хimenesin
mәnәvi avtobioqrafiyası, onun poetik ideallarının tәrәnnümü dә adlandırmaq
olar.
1951-ci ildәn Puerto-Rikoda mәskunlaşan Ximenes burada әsasәn pedaqoji
fәaliyyәtlә mәşğul olur.
1956-cı ili Ximenesin hәyatında әn uğurlu vә әn kәdәrli il adlandırmaq
olar: o, Nobel mükafatına layiq görülür, iki gün sonra isә xanımı vәfat edir.
Nobel mükafatı Ximenesә “poeziyada bәdii saflığı vә yüksәk mәnәviyyatı
tәrәnnüm edәn lirikasına” görә verilir. İsveç Akademiyasının yaydığı mәlumatda
o da deyilirdi ki, “Ximenesin şәхsindә ispan әdәbiyyatının bütöv bir nәsli
mükafatlandırılır”. Hәqiqәtәn dә ispandilli poeziyanın şöhrәt tapmasında, dünya
miqyasına çıxmasında Ximenesin adı ön sıralarda çәkilir.
Xuan Ramon Ximenes iki il sonra vәtәndәn uzaqda – Puerto-Rikonun
paytaxtı San Xuanda vәfat edir.