Page 5 - "Xəzər"
P. 5
5
2015

XUAN RAMON XİMENES

HƏSSASLIĞIN Nobel kürsüsü. Xuan Ramon Ximenes
TƏRƏNNÜMÜ

XX әsr ispan әdәbiyyatını Xuan Ramon Ximenesin adı olmadan tәsәvvür
etmәk çәtindir. Bu poeziyanı hәssaslığın tәrәnnümü adlandırmaq olar: şair
hissiyyat vә düşüncәnin elә ağlagәlmәz detallarını elә ustalıqla tәsvir edir ki,
heyran qalmaya bilmirsәn.

Xuan Ramon Ximenes 1881-ci ildә Əndәlus vilayәtinin Moğer qәsәbәsindә
anadan olub. Ailәsinin istәyi ilә hesablaşıb Sevilya univeristetinin hüquq
fakültәsinә qәbul olunsa da, o vaxtının çoxunu uşaqlıqdan sevdiyi incәsәnәtә,
xüsusәn dә poeziyaya hәsr edir.

Univeristetin ilk kursunda oxuyarkәn artıq onun Madrid mәtbuatında silsilә
şeirlәri çap olunur, bu şeirlәr ona qarşı ilk diqqәtin yaranmasına sәbәb olur.
Bundan sonra gәnc şairi paytaxta dәvәt edirlәr. O, univeristet tәhsilini yarımçıq
qoyub gәnc yazarlarla birlikdә Madriddә modernist yönlü "Helios" vә "Re-
nacimento" jurnallarını tәsis edir.
   1   2   3   4   5   6   7   8   9   10