Page 94 - Əlifba
P. 94
Mavi zolaq – – xalqımızın böyük türk xalqları ailәsinin üzvü
olduğunu bildirir;
Qırmızı zolaq – – Azәrbaycanın azad vә müstәqil ölkә olduğuna
işarәdir;
Yaşıl zolaq – – İslam mә dә niyyәti rәmzidir.
Hәr il noyabr ayının 9-u Azәrbaycanda Bayraq Günü kimi qeyd edilir.
Daim ucalasan savaş günündә,
Әsgәr silahıyla sәni tәn görüm!
Yalnız zәfәr çalmış şәhid önündә
Sәni alqış üçün әyilәn görüm!
1. Şeiri öyrәn.
2. «savaş» sözünә uyğun vә әks sözlәri tap,
onları cümlәdә işlәt.
3. Bayraq hansı hallarda aşağı endirilir?
a) güclü külәk әsәndә b) ölkәdә matәm elan olunanda c) nümayiş zamanı
4. Necә düşünürsәn, hәr bir evdә bayraq olma -
lıdırmı?
5. «müstәqil» sözünü necә anlayırsan?
6. Bayraq günü ölkәmizdә necә qeyd olunur?
Dәftәrinә köçür
Üçrәngli bayrağın kölgәsindә mәn
Qaraca torpağı Vәtәn görmüşәm!
Zәfәr güllәrini qәdim dövrdәn
Bayraq işığında bitәn görmüşәm!
94