Page 92 - Əlifba
P. 92
AZƏRBAYCAN DİLİ
Hәr bir xalqı digәr xalqlardan fәrqlәndirәn, ilk növbәdә onun dilidir. Biz
azәrbaycanlıyıq, dilimiz – Azәrbaycan dilidir. Bu dili xalqımızın dahi şairlәri,
yazıçıları öz әsәrlәri ilә bütün dünyaya tanıdıb.
Bu gün azaddilli Azәrbaycanam!
O taylı-bu taylı vahid bir canam!
Baxır ögey kimi ağbirçәk anam
Öz ana dilini bilmәyәnlәrә!
Bu dil şirinlikdә şәrbәt kimidir,
Saflığı, qorunan sәrhәd kimidir,
Anamız Vәtәn dә qürbәt kimidir
Öz ana dilini bilmәyәnlәrә!
Tofiq Bayram
Biz digәr xalqların dillәrini dә öyrәnmәliyik, lakin öz ana dilimizi heç
zaman unutmamalı, onu qorumalı vә sevmәliyik.
1. Şeiri öyrәn.
2. «dil» sözünün neçә mәnası var? Bu sözü hәr iki mәnada cümlәdә işlәt.
3. Nә üçün Vәtәn ana dilini bilmәyәn üçün qürbәtdir?
4. «dilavәr» vә «dilim» sözlәrini hecalara böl vә mәnalarını izah et.
Dәftәrinә köçür
Anamız Vәtәn dә qürbәt kimidir
Öz ana dilini bilmәyәnlәrә!
92