Page 121 - Əlifba
P. 121
QUŞUN NƏĞMƏSİ
Sәhәr-sәhәr ağacda
Oturmuşdu quşcuğaz.
Bir uşaq әlindә daş,
Gәlirdi yavaş-yavaş.
İstәdi kola yatsın,
O daşı quşa atsın.
Quş ucaltdı sәsini,
Oxudu nәğmәsini.
Gülümsünüb bu zaman,
Daşı gizlәdi oğlan.
1. Ağaclar tәbiәtә nә verir?
2. Quşlar tәbiәtә nә kimi
xeyir gәtirir?
4. Heyvanat alәmini daha
necә adlandırırlar?
a) flora b) fauna c) zöhrә
YADINDA SAXLA
Yer kürәsindә 9800-dәn artıq quş növü yaşayır. Quşlar digәr canlılardan
uçmağı ilә fәrqlәnirlәr. Pinqvin, dәvәquşu da quş sayılır. Lakin onlar uça
bilmirlәr.
Dәftәrinә köçür
Alimlәrin fikrincә, dünyanın әn ağıllı
quşu – quzğundur. Çünki o, düşdüyü
yerә tez uyğun laşır. Quzğun dağlar -
da, meşәlәrdә yaşayır.
121