Page 120 - Əlifba
P. 120
QUZU
Heyvanlar üç qismә bölünür: vәhşi, ev vә su heyvanları. Ayı, canavar,
mey mun, maral, tülkü vә s. vәhşi heyvanlar qisminә aiddir. At, inәk, qoyun,
dovşan, dәvә, it vә pişik ev heyvanlarıdır. İnsanlar heyvanları çox sevirlәr,
onlara şeirlәr, mahnılar qoşurlar. Uşaqların sevdiyi heyvanlardan biri dә,
körpә quzulardır.
Bir obada körpә quzu Qoyunları çoban yığar,
Mәlәr-mәlәr, qaçar düzü, Sona xala gәlib sağar,
Anasın axtarar gözü. Quzum mәlәr, durub baxar.
Qaçma mәndәn, gözәl quzum, Qaçma mәndәn, gözәl quzum,
Sәni mәn bәslәrәm özüm. Sәni mәn bәslәrәm özüm.
Gün әyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan.
Sәs-küy ilә doldu hәr yan.
Qaçma mәndәn, gözәl quzum,
Sәni mәn bәslәrәm özüm.
1. Daha hansı ev heyvanlarını tanıyırsan?
2. Aşağıda şәkillәri verilmiş heyvanlardan hansı ev heyvanıdır?
Dәftәrinә köçür
Dovşana bax, dovşana, İndi tükü bozarıb.
Qaçıb girdi yovşana. Yoxsa torpaqda yatıb,
Qışda qartәk ağ idi, Üstü-başı tozlanıb?
120