Page 118 - Əlifba
P. 118
KİRPİ
Yәqin ki, hamınız kirpi
görmüsünüz.
Kirpinin bәdәni iti tikan-
larla örtülüdür, qarnının altı
isә yumşaq tüklüdür.
Kirpi nәdәnsә qorxanda
ba şını, әl-ayağını qarnına yı -
ğır. Belәdә o, tikanlı yumağa
oxşayır.
Kirpi tikanlı yumağa dö -
nәn dә hiylәgәr tülküdәn, ağıllı
itlәrdәn vә bayquşlardan baş -
qa, heç bir heyvan ona xәtәr
yetirә bilmir.
Kirpilәr bağlarda vә meşәlәrdә yaşayır, xırda heyvanlar vә hәşәratlarla
qidalanırlar. Gündüzlәr ağacların, kolların altında yatır, gecәlәr ova çıxırlar.
1. Kirpi nәdәnsә qorxanda nә edir?
2. O, harada yaşayır?
3. Kirpi nә vaxt ova çıxır?
4. O, nә ilә qidalanır?
5. «xәtәr» sözünü әvәz edәn sözü tap vә cümlәdә işlәt.
6. Aşağıda verilmiş әlamәt bildirәn ifadәlәri uyğun sözlәrlә tamamla:
Hiylәgәr...
Ağıllı...
Qorxaq...
Tikanlı...
Dәftәrinә köçür
Nә çox iynәlәrin var,
Onları saymaq olar?
Kirpi lәlә, yoxsa sәn,
Paltar tikәn dәrzisәn?
118