Page 80 - antologiya - poeziya_175x250_Layout 1
P. 80
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
***
Adәtimiz daş idi dәva günü
Tullarıdıq әldә sapan qıjhaqıj.
Hәr kәsә dәysәydi edәrdi haman,
Bir neçә gün ahü-fәğan, ufhauf.
Mәrhәm olurdu, sağalırdı yara,
Әldә qalırdı yenә can sapbasağ;
80 İndi revolverdi, dönüm başına,
Nagәh olur güllәfәşan partapart.
Onda görürsәn yıxılıb yanbayan
Bir neçә növrәstә cavan laybalay.
Tüf belә dövranә ki, bәdtәr olur
Seyri-fәlәk, dövri-zaman ilbәil!
Millәti-islam qırır bir-birin,
Allah aman, bu nә yaman qırhaqır!
Qardaşa bax qardaşını öldürür,
Vәhşi olub әhli-cәhan sәrbәsәr.
Millәti gördükcә belә hәrcü-mәrc,
Könlüm olur dopdolu qan qatbaqat.
Böylә gedәrsә Bakı әldәn gedәr,
Qalmaz о mәvadә aman hiç, hiç!
Bari, xudaya, özün islah qıl,
Та edәlәr pirü cәvan sülh, sülh!